Suraxanıda əhalinin tibbi müayinəsi uğurla başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il fevralın 10-dan mayın 12-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Suraxanıda da böyük ruh yüksəkliyi ilə icra olunub. Rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi uğurla yekunlaşıb.

Bu kampaniyanın icrası dövründə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, qəsəbə bələdiyyələri, rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən əhali arasında maarifləndirici tədbirlər reallaşdırılıb.

Xatırladaq ki, rayon üzrə 18 yaşdan yuxarı 180 min 117 nəfər sakinin və 14 min 492 nəfər məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdu. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində müayinə olunurdu. Müayinə dövründə rayon üzrə 157 min 409 nəfər və 136 müəssisənin kollektivi tibbi müayinədən keçib. Onlardan 3 min 370 nəfərdə müxtəlif xəstəliklər aşkarlanıb, 118 nəfər stasionar müalicəyə cəlb edilib, 259 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib.

Tibbi müayinənin keçirildiyi dövrdə həkimlərdən ibarət səyyar briqadalar fəaliyyət göstərib. Onlar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərib, aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilib.

Rayonda tibbi müayinənin uğurla həyata keçirildiyi səhiyyə ocaqlarından biri də 23 nömrəli Şəhər Poliklinikasıdır. Səhiyyə müəssisəsinin baş həkimi Şərəbanı Yusifzadə vurğulayıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən vətəndaşların tibbi müayinədən keçirilməsi əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin vaxtında aşkarlanmasına xidmət edir. Poliklinika 27 min nəfərə yaxın əhaliyə xidmət göstərir.

Tibbi müayinə dövründə burada 23 min 640 nəfər müayinədən keçib. Onlardan 334 nəfərərində müxtəlif xəstəliklər aşkarlanıb və 72 nəfər Bakı şəhərinin digər xəstəxanalarına müayinə üçün göndərilib. Xəstəlik aşkarlanan vətəndaşların müalicəsi istiqamətində işlər görülür.

Rayon əhalisi bu kampaniyadan razı qalıb. Sakinlərdən Şəfa Cəfərova və Novruz Xamzəliyev bildiriblər ki, tibbi müayinənin həyata keçirilməsi Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarına göstərdiyi diqqət və qayğının bariz ifadəsidir.

V. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında