“Çay, çəltik və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyaları”

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Lənkəran Regional Elm Mərkəzi, Astara Rayon İcra Hakimiyyəti və rayon Kənd Təsərrüfatı İdarəsinin birgə təşkilatçılığı ilə “Çay, çəltik və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyaları” mövzusunda elmi-praktik seminar keçirilib. www.science.gov.az saytı yazır ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev ölkəmizdə aqrar sahənin inkişafı ilə bağlı dövlət siyasətindən danışıb. Bildirib ki, 2017-ci il sentyabrın 3-də ölkə Prezidentinin sədrliyi ilə Lənkəran şəhərində çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişaf etdirilməsi ilə bağlı keçirilən respublika müşavirəsində dövlətimizin başçısının proqram xarakterli nitqində kənd təsərrüfatının bu sahələrinin inkişafı ilə əlaqədar qarşıya mühüm vəzifələr qoyulub.

Diqqətə çatdırılıb ki, 2017-cı ildə rayonda 447 hektar çəltik sahəsindən 1800 ton məhsul yığılıb. 197 hektar məhsuldar çay plantasiyalarından 476 ton yaşıl çay yarpağı çay emalı müəssisələrinə təhvil verilib. Son iki ildə yeni salınmış sitrus və subtropik meyvə bağlarının sahəsi 40 faiz artırılıb.

Seminarda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, AMEA-nın Lənkəran Regional Elm Mərkəzinin direktoru, professor Fərman Quliyev, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Üzvi gübrələr laboratoriyasının müdiri, professor Paşa Zamanov, həmin laboratoriyanın aparıcı elmi işçisi, professor Ə.Əlizadə çıxış edərək Azərbaycanda kənd təsərrüfatının inkişafında elmin rolu, Lənkəran-Astara zonasında çayçılıq və çəltikçilikdə üzvi gübrələrdən istifadənin səmərəliliyi, torpaqlardan müasir texnologiyalar əsasında səmərəli istifadə üsulları, çəltikçilikdə yeni texnologiyadan istifadə qaydaları barədə fermer və sahibkarlara ətraflı məlumat veriblər.

Tədbirdə fermerləri və məhsul istehsalçılarını maraqlandıran suallar cavablandırılıb.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında