Bakıda istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 1,3 faiz artıb

2018-ci ilin yanvar-mart aylarında paytaxt sənayesində istehsal olunan malların və göstərilən xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artaraq 9,6 milyard manat təşkil edib.

Bakı şəhər Statistika Komitəsinin məlumatında bildirilir ki, sənaye məhsulunun 84,3 faizi mədənçıxarma, 13,3 faizi emal, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,6 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88 faiz, xidmətlərin göstərilməsi isə 12 faiz təşkil edib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında