Azərbaycanlı uşağın öldürülməsi ilə bağlı Strasburqda etiraz aksiyası keçirilmişdir

Martın 16-da Fransadakı Azərbaycan diasporu Strasburqda Avropa Şurasının binası qarşısında 9 yaşlı Fariz Bədəlovun erməni snayperi tərəfindən öldürülməsi ilə bağlı etiraz aksiyası keçirmişdir. 
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, "Strasburq Azərbaycan Evi" cəmiyyətinin təşkil etdiyi aksiyada "Ermənistan, təcavüzə son!", "Uşaqların qatillərinə ar olsun!", "Genosidə son!" kimi şüarlar səsləndirilmişdir.
Əllərində Fariz Bədəlovun şəkli ilə yanaşı erməni faşizminin liderləri Zori Balayan, Robert Koçaryan və Serj Sarkisyanın fotolarını tutan aksiya iştirakçıları "Uşaqların qatillərinə ar olsun!" şüarı səsləndirmişlər.
Nümayişçilər azərbaycanlı uşağın öldürülməsi ilə bağlı hazırladıqları bəyanatı paylamışlar. Bəyanat Fariz Bədəlovun şəkli ilə birlikdə Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğluya, Avropa Şurasının baş katibinə, Avropa Şurasının İnsan Haqları üzrə komissarına, Ailə və uşaqlarla bağlı komissiyaya və Nazirlər Komitəsinin sədrlərinə təqdim edilmişdir.
Bəyanat və Fariz Bədəlovun şəkli Avropa Şurası və Avropa İttifaqının deputatlarının elektron ünvanlarına da göndərilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında