Azərbaycanda Həcc üçün ayrılan kvota dolub

Strateq.az saytının yazdığına görə, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başa çatıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Azərbaycandan Həcc ziyarəti üçün 1170 zəvvar sənəd verib. Bildirilib ki, ehtiyac yarandığı halda, əlavə sənəd qəbulu aparıla bilər.

Qeyd edək ki, bu il üçün Azərbaycanda Həcc ziyarətinin xərci 4150 dollardır.

Zəvvarların uçuşunu Azərbaycan Hava Yolları (AZAL) təşkil edəcək. Zəvvarların səfərləri avqustun 14-ü, 15-i və 16-da baş tutacaq, dönüş isə sentyabrın 1-i, 2-si və 3-nə planlaşdırılıb. Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunur.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı QMİ-dir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında