Strasburqda azərbaycanlı gənclərin forumu başa çatmışdır

Strasburqda Avropa Şurası Parlament Assambleyası və Gənclər Mərkəzində keçirilən Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF) başa çatmışdır. 
"Müstəqilliyimiz 20, Baxışlar 2020" devizi altında keçirilən forumun yekununda Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayeva və pianoçu Emil Əfrasiyab konsert proqramı ilə çıxış etmişlər.
Yekun tədbirində ASAİF tərəfindən 2010-cu ildə fəallığı ilə fərqlənən gənclərə 4 nominasiya üzrə "Yaxşıların yaxşısı" plaketləri təqdim olunmuşdur. "Ən yaxşı şəbəkə qurucusu" adına York Universitetinin tələbəsi Ramin Hakimov, "Ən fəal tələbə" adına Mançester Universitetinin tələbəsi Raul Gülməmmədov, "Ən yaxşı layihə" adına Türkiyənin "Birlik" təşkilatının Xocalı soyqırımına həsr etdikləri layihə, "Ən peşəkar gənc" adına isə mühəndis Vüqar Səmədli layiq görülmüşdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında