Hakim və prokurorlar korrupsiya ilə mübarizədə beynəlxalq təcrübəni öyrənirlər

Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsinə dair tapşırıqlarına uyğun olaraq Məhkəmə-Hüquq Şurası (MHŞ) tərəfindən tədbirlər davam etdirilir. 
Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında və məhkəmə səhvlərinin aradan qaldırılmasında tədris kurslarının əhəmiyyəti nəzərə alınaraq MHŞ tərəfindən bu il 20-dək təlimin keçirilməsi nəzərdə tutulmuşdur.
Korrupsiya ilə mübarizə sahəsində hakimlərin və prokurorların birgə tədrisinin xüsusi əhəmiyyəti nəzərə alınaraq MHŞ tərəfindən bu sahədə ayrıca ixtisasartırma kursu təşkil edilmiş, təcrübə mübadiləsi məqsədi ilə Türkiyədən yüksək ixtisaslı mütəxəssislər dəvət edilmişdir.
MHŞ-dən bildirmişlər ki, bu gün türkiyəli hakimlər Engin Durnagöl və Seyfullah Çakmahın iştirakı ilə İnteraktiv metodlarla keçirilən təlimlərə başlanılmışdır.
MHŞ-nin korrupsiyaya qarşı mübarizə sektorunun əməkdaşlarının da iştirak etdiyi kursda korrupsiyaya şərait yaradan hallarla mübarizə üzrə Türkiyə təcrübəsi, hakimlərin, prokurorların peşə etikası məsələləri barədə mühazirələr dinlənilmiş, mövcud problemlər və onların həlli yolları üzrə səmərəli fikir mübadiləsi və müzakirələr aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında