Bakı Dövlət Universitetinin professoru Avropa Şurasının işgəncələrə qarşı komitəsinin sədri seçilmişdir

Avropa Şurasının qeyri-insani, yaxud insan mənəviyyatını alçaltmağa dair müraciətə, cəza və işgəncələrə qarşı komitəsi (CPT) Bakı Dövlət Universiteti beynəlxalq hüquq fakültəsinin professoru Lətif Hüseynovu özünün yeni rəhbəri vəzifəsinə seçmişdir. Komitə üzvləri L.Hüseynovun namizədliyini yekdilliklə dəstəkləmişlər. 
L.Hüseynovun bu vəzifəyə seçilməsi Azərbaycanın Avropa Şurası ilə əlaqələrinin inkişafından, qurumun Azərbaycana göstərdiyi böyük etimaddan xəbər verir.
Makedoniyalı psixiatr Vladimir Ortakov komitə sədrinin birinci, Afina Universitetinin beynəlxalq hüquq müəllimi Haritini Dipta isə ikinci müavinləri seçilmişlər.
Komitəyə son dörd ildə rəhbərlik etmiş Mauro Palma (İtaliya) 2011-ci ilin dekabr ayında başa çatacaq səlahiyyətlərini uzatmaq üçün seçkilərə sənəd təqdim etməmişdir. Onun İslandiyadan olan birinci müavini Petur Haiksson eyni səbəbdən seçkilərdə iştirak etməkdən boyun qaçırmışdır. Onların hər ikisi 2011-ci il dekabrın 19-dək CPT-nın üzvü kimi fəaliyyətlərini davam etdirəcəklər.
Xatırladaq ki, komitə Avropa Şurasının üzvü olan 47 ölkədə azadlıqdan məhrum edilərək işgəncələrə məruz qalmış insanlara baş çəkmək hüququna malikdir.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında