Ulu öndərin xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Səbail rayonunda silsilə tədbirlər təşkil olunur, rayonun idarə, müəssisə və təşkilatlarında, elm, təhsil, mədəniyyət və səhiyyə ocaqlarında ulu öndərin əziz xatirəsi dərin ehtiramla yad edilir. Növbəti belə tədbir M. Maqomayev adına Dövlət Filarmoniyasında keçirildi.

Rayon icra hakimiyyətinin Dövlət Filarmoniyası ilə birgə təşkil etdiyi klassik musiqi gecədə idarə, müəssisə və təşkilatların, elm, təhsil və səhiyyə ocaqlarının, veteran və gənclər təşkilatlarının nümayəndələri və Milli Məclisin deputatları iştirak edirdilər. Tədbirdə qeyd olundu ki, ulu öndərin respublika rəhbərliyinə gəldiyi ilk illərdə onun təşəbbüsü ilə mədəniyyətin bir çox sahələrinə, o cümlədən klassik və simfonik musiqiyə marağın artırılması məqsədilə M. Maqomayev adına Dövlət Filarmoniyasında dövlət xadimlərinin, təsərrüfat rəhbərlərinin, partiya, sovet və komsomol işçilərinin, bir sözlə, o dövrün siyasi elitasının iştirakı ilə tez-tez klassik musiqi gecələri təşkil olunurdu. Dünya və Azərbaycan bəstəkarlarının simfonik və klassik əsərləri səsləndirilən həmin gecələrdə ümummilli liderimiz də ailə üzvləri ilə birlikdə iştirak edirdi.

Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən gecənin təşkilatçıları onun əziz xatirəsinə ehtiram əlaməti olaraq konsertin proqramına ötən əsrin 70-ci illərinin ən çox sevilən musiqi nömrələrini daxil etmişdilər.

 Səhnədəki monitorlarda ulu öndər Heydər Əliyevin portreti canlandırıldı. İlk olaraq Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbəri və baş dirijoru olduğu Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin ifasında Üzeyir Hacıbəylinin “Cəngi” əsəri səsləndirildi.

Sonra Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə dünya şöhrətli Azərbaycan bəstəkarları Fikrət Əmirovun, Tofiq Quliyevin, Müslüm Maqomayevin, Niyazinin, Cahangir Cahangirovun, Polad Bülbüloğlunun, Emin Sabitoğlunun və Musa Mirzəyevin ölməz əsərləri ifa olundu. Tamaşaçılar respublikanın Əməkdar artistləri Zemfira İsmayılovanın, Almaz Orucovanın, Aqşin Abdullayevin, İlham Nəzərovun və digər ifaçıların çıxışlarını hərarətlə alqışladılar.

Ə. BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında