Ötən ay fərdi uçot sistemində 18 970 nəfər şəxs qeydiyyata alınıb

Cari ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 18 970 nəfərə uçot dövründə  daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, həmin şəxslərin hər birinə sığortaolunan kimi uçota alındıqlarını və onlar üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən sosial  sığorta şəhadətnaməsi rəsmiləşdirilib. Vətəndaş fərdi şəxsi hesabında onun üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi nəticəsində gələcək pensiya təyinatı üçün pensiya kapitalı toplamaq imkanı əldə edir.

Nəticədə vətəndaşların fərdi uçot sistemində iştirakı stimullaşdırılmaqla, sistemin əhatə dairəsi getdikcə genişlənir. Bu müsbət tendensiyanın davamı olaraq, sistemdə qeydiyyatda olan sığortaolunanların sayı 1 may 2018-ci il tarixinə ötən ilin müvafiq dövrünə nisbətən  154 779 nəfər artaraq 3 626 942 nəfərə çatıb.

Bununla yanaşı, sığortaolunanların fərdi şəxsi hesablarında toplanan sığorta kapitalının hər il indeksləşdirilərək artırılması da təmin olunur.  

ƏƏSMN-nin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti isə vətəndaşlara fərdi şəxsi hesablarında yığılmış pensiya kapitalları barədə məlumat əldə etmək, onlar üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesinə nəzarət etmək imkanı verir.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında