Heydər Əliyev Mərkəzi Suraxanıda qısa vaxt ərzində ideoloji qərargaha çevrilmişdir

Respublikanın hər yerində olduğu kimi, Suraxanı rayonunda da müasir Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin zəngin irsi diqqətlə öyrənilir. Rayon icra hakimiyyəti ulu öndərin zəngin irsinin təbliği məqsədi ilə bir sıra mühüm işlər görmüşdür. Bu işlərdən biri də rayon ərazisində Heydər Əliyev Mərkəzinin tikintisi olmuşdur.
Ümummilli liderin zəngin irsinin təbliği məqsədi ilə 2009-cu ilin mayında Suraxanı rayonunda Heydər Əliyev Mərkəzi istifadəyə verilmişdir. Mərkəzin rəsmi açılışında Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev iştirak etmişdir.
Suraxanı rayonundakı Heydər Əliyev parkında özünəməxsus layihə ilə inşa edilmiş Mərkəzin önündəki meydanda ulu öndərin bürüncdən hazırlanmış möhtəşəm abidəsi ucalır.
Mərkəzin 1-ci mərtəbəsində multimedia və rəsm studiyaları, elektron kitabxana fəaliyyət göstərir. Mərkəzin nəzdində 14 nəfərdən ibarət tədqiqat qrupu çalışır. Bu qrup mərkəzdəki eksponatların zənginləşdirilməsi istiqamətində işləyirlər. Multimedia studiyasında foto-video işi də öyrədilir. Rəsm studiyasında isə istedadlı uşaqlar üçün məşğələlər təşkil olunmuşdur. Mərkəzdə elektron kitabxana da yaradılmışdır və bu günə qədər 5500 nəfərə yaxın şagird bu kitabxanadan istifadə etmişdir. Burada, eyni zamanda rayon icra hakimiyyətinin işçiləri və rayonda çalışan digər dövlət qulluqçuları üçün kompyuter məşğələləri təşkil olunur.
Hər gün mərkəzə gələn ziyarətçilərlə yanaşı müəyyən olunmuş cədvələ uyğun olaraq rayonun şagirdləri də ulu öndərin zəngin irsini öyrənirlər. Müxtəlif vaxtlarda rayona gələn qonaqlar da böyük maraqla mərkəzin fəaliyyəti ilə tanış olurlar. Bu günə qədər ümumilikdə 20 min nəfərə yaxın insan Suraxanıdakı Heydər Əliyev Mərkəzini ziyarət edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsi ilə tanış olmaq, əyani vəsaitlərdən istifadə etmək imkanı qazanmışlar.
Mərkəz qısa müddət ərzində Suraxanı rayonunun ideoloji qərargahına çevrilmişdir. YAP Suraxanı rayon təşkilatında fəaliyyət göstərən Heydər Əliyev məktəbinin məşğələləri də Heydər Əliyev Mərkəzində keçirilir.
Bundan başqa, rayon sakinlərinin Heydər Əliyev Mərkəzi ilə tanış olmaq istəyi nəzərə alınaraq "Açıq qapı" günləri keçirilir. Həmin gün mərkəzlə tanış olmaq istəyən sakinlər, parkda istirahət edənlər buranı ziyarət edirlər. Rayonda çalışan müxtəlif peşə sahiblərinin peşə bayramları günü Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət və mərkəzlə tanışlıqla başlaması ənənə halını almışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında