Unikal uduş!

Bir bilet iki avtomobil uddu
Haqqında söhbət açacağımız hadisə təkcə Azərbaycan lotereya bazarında deyil, bəlkə də, ümumiyyətlə lotereya oyunlarında həm özəlliyi, həm də gözəlliyi ilə fərqlənən unikal hadisədir.
Keçən ayın sonunda oxucularımıza, "Azərlotereya" ASC-nin 8-mart Qadınlar bayramı münasibəti ilə xüsusi olaraq keçirdiyi "BİNQO+8" lotereyası haqqında məlumat vermişdik və bu lotereyanın, martın 7-də keçirilən tirajında 089157 saylı bilet 2 avtomobil uddu. Bəli, bəli, Ağsu rayonu Padar Qışlaq kənd sakini Abbasov Ağazər Sevil oğlu bir neçə dəqiqə ərzində, bir biletlə 2 ədəd VAZ 2107 avtomobili uddu. Beş turdan ibarət olan "BİNQO+8" oyununda lotereya biletinin istənilən üfüqi sıralarından ayrı-ayrılıqda, hər hansı biri, ikisi, üçü, dördü və beşi ən tez dolmuş biletlərin sahibləri avtomobil udublar və Ağazərin biletində dalbadal iki sıra ən tez dolub. Beləliklə, udulan 8 avtomobildən ikisi ona qismət olub.
Bu uduşun gözəlliyi isə, onunla bağlı sadə, zəhmətkeş azərbaycanlı ailəsində baş verənlərdir. Məsələ burasındadır ki, xoşbəxt bileti Ağazər özü almayıb. Bileti ona, İsmayıllı rayonunun Topçu kəndində yaşayan qaynı Fərzəliyev Mehdi bağışlayıb. Tirajı televizorla izləyən Ağazər udduğunu bilən kimi birinci Mehdiyə zəng edib. "Yəqin uduşu böldünüz, eləmi?" sualına Ağazər yarızarafat, yarıciddi olsa da, unikal bir cavab verdi: - "Xeyr, heç bir uduşu bölməmişik. Sadəcə, qaynım Mehdi mənə xoşbəxt bilet bağışlamışdı, mən də udduğum avtomobillərin birini ona bağışladım". Allah hər ikisinə ürəklərinə görə versin.
"BİNQO+8" lotereyasının tirajında Ağazərin udduğu 2 avtomobildən əlavə, daha 6 avtomobil, irili xırdalı çoxlu pul uduşları öz sahiblərini tapmışlar. Bütün uduş sahiblərinə, o cümlədən, KİA "Optima" avtomobili udmuş Bakı şəhər sakini Mahmudov Cavid Musa oğluna, KİA "Rio" avtomobilləri udmuş Zaqatala rayon sakini İsmayılov Şaban İsmayıl oğlu və Ağstafa şəhər sakini Vəliyev Vüsal İsmayıl oğluna, 4 000 manat udmuş Qəbələ şəhər sakini Paşayev Aydın Xeyrəddin oğluna da "xeyirli olsun!" deyirik. Bazar ertəsi AzTV-nin çoxsaylı tamaşaçıları uduşların sahiblərinə təqdim olunmasını canlı yayımda izlədilər. Bu tirajda lotereya həvəskarları, həm də "Binqo" lotereyasında 103 056 nömrəli biletin 39 000 manat məbləğində olan "Meqa Pot"u udmasına şahid oldular. Hazırda lotereya həvəskarlarını ənənəvi lotereyalarda, o cümlədən, "Binqo"-da 40 000 manat olan "Binqo Prizi", 55 000 manat olan "Super Binqo", "Ailə sevinci"ndə 95 000 manat olan "Meqa Pot", "Piramida"-da 28000 manat, "5/36"-da isə 35400 manat olan "Cek Pot"- la bərabər, "Bahar sevincləri" lotereyasında 100 faiz uduşlu Hyundai "Sonata", Toyota "Corolla" və KIA "Rio" avtomobilləri gözləyir. Hər il mart ayında keçirilən, xoş ənənəyə çevrilən və artıq lotereya həvəskarlarının rəğbətini qazanmış "Bahar sevincləri" lotereyasının tirajı martın 26-da keçiriləcək və "Azərlotereya" ASC-nin bu layihəsi neçə-neçə insana əsl bahar sevinci bəxş edəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında