İnternat məktəbinin sakinləri üçün toy şənliyi

Gənc ailəyə yeni mənzilin açarı təqdim edilib

Mayın 9-da Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Təhsil Nazirliyinin 8 nömrəli sanatoriya tipli internat məktəbinin sakinləri üçün “Xəmsə” şadlıq sarayında toy şənliyi keçirilib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ərəfəsində təşkil olunan iki gəncin izdivacına YAP-ın üzvləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və digər rəsmi şəxslər şahidlik ediblər.

AZƏRTAC xəbər ­verir ki, Fikrət Həsənovla ­Aytac Səfərovanın nikahı rəsmiləşdirildikdən sonra məktəbin direktoru Pəri Paşayeva hər kəsə təşəkkür edib.

 Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirən təhsil ocağının rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın hər zaman kimsəsiz, valideyn himayəsindən məhrum olmuş insanlara xüsusi həssaslıqla yanaşdığını söyləyib.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr  müavini-icra katibi Əli Əhmədov çıxış edərək gənclərə xeyir-dua verib. Onlara gələcək həyatlarında uğurlar arzulayıb. Ulu öndər Heydər Əliyevin qurucusu, banisi olduğu ölkədə heç kimin tək, kimsəsiz olmadığını qeyd edib. Bu toy şənliyini cəmiyyətimizin birliyinin təzahürü adlandıran Baş nazirin müavini gənclərə nümunəvi ailələrdən olmağı arzulayıb.

Əli Əhmədov gənc ailəyə yeni mənzilin açarını təqdim edib.

Bəy də öz adından onlara göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Təhsil nazirinin müavini Firudin Qurbanov gənclərə xoş günlər arzulayıb, Azərbaycanın inkişafı naminə həyata keçirilən proseslərdə yaxından iştirak etmələrini tövsiyə edib və onlara rəhbərlik etdiyi qurum adından xatirə hədiyyəsi verib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında