Qubadlıda ulu öndərin xatirəsinə dərin ehtiram göstərirlər

Qubadlı rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə silsilə tədbirlər – rayon məktəbliləri arasında inşa yazı, musiqi məktəblərinin şagirdləri arasında mahnı müsabiqələri, idman yarışları təşkil edilmişdir.

Dünən isə bu münasibətlə rayon icra hakimiyyəti tərəfindən böyük tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Malik İsaqov, RİHB aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Əvvəlcə iştirakçılar ulu öndərin RİH binasının foyesində qoyulmuş büstünün önünə gül dəstələri qoydular.

Sonra tədbir Sumqayıt şəhərində yerləşən 28 May Mədəniyyət evində davam etdirildi. Tədbir öncəsi iştirakçılar ümummilli liderin doğum günü münasibətilə təşkil olunan sərgi ilə tanış oldular.

Tədbir açıq elan edildikdən sonra ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.

Rayon icra hakimiyyətinin başçısı Malik İsaqov tədbirdə çıxış edərək bildirdi ki, ümummilli liderin fəaliyyətinin xronikasını nəzərdən keçirən hər kəs onun sarsılmaz siyasi iradəsinə, idarəçilik məharətinə, müdrik qərarlar qəbul etmək səriştəsinə heyran qalmaya bilmir. Müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk illərdə Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyinə qənim kəsilən xarici və daxili qüvvələri məharətlə zərərsizləşdirdi. Dövlətçiliyin qurulması, iqtisadi, hərbi, mədəni potensiallarının hərəkətə gətirilməsi üçün vacib şərt olan əmin-əmanlıq şəraiti yaratdı.

Natiq qeyd etdi ki, ulu öndər məcburi köckünlərin də əsl himayədarı idi. Məcburi köckünlərin həyat şəraitinin yaxsılaşdırılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbərin həyata keçirdiyi siyasət nəticəsində qaçqın və köçkünlərin problemləri öz həllini tapmağa başladı. Bu gün Heydər Əliyev siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ulu öndərin ideya və strategiyasının yeni tarixi şəraitə uyğun yaradıcılıqla həyata keçirilməsi ölkəmizi çiçəklənən bir diyara çevirmişdir. İnanırıq ki, yaxın gələcəkdə məhz bu siyasətin nəticəsində torpaqlarımız işğaldan azad olunacaq və məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.

 Sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə təşkil edilmiş rayon məktəbliləri arasında inşa yazı, şeir, musiqi məktəblərinin şagirdləri arasında mahnı müsabiqələri, bilik və idman yarışları, şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi-müsabiqələrinin qalibləri mükafatlandırıldı və Yeni Azərbaycan Partiyasına qəbul olunanlara vəsiqələr təqdim edildi.

Tədbir musiqili konsert proqrami ilə davam etdirildi.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında