BDU-nun rektoru, akademik Abel Məhərrəmova Avrasiya Universitetlər Assosiasiyasının ali mükafatı təqdim olunmuşdur

Bakı Dövlət Universitetinin mətbuat xidmətindən bildirmişlər ki, BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, tədris işləri üzrə prorektor, professor Vüsət Əfəndiyev, nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri, dosent Məmmədəli Ramazanov, beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin dekan müavini Amil Məhərrəmov aprelin 23-24-də Moskva Dövlət Universitetində Avrasiya Universitetlər Assosiasiyasının təşkil etdiyi "Universitetlər və cəmiyyət. XXI əsrdə universitetlərin əməkdaşlığı və inkişafı" adlı 3-cü beynəlxalq elmi-praktiki konfransda iştirak etmişlər.
Tədbirdə Prezident İlham Əliyevin konfrans işitrakçılarına təbrik məktubu oxunmuşdur.
MDU-nun rektoru, Avrasiya Universitetləri Assosiasiyasının prezidenti, akademik Viktor Sadovniçi bildirmişdir ki, tədbir 2009-cu ilin noyabr ayında qəbul olunmuş Bakı Bəyannaməsinə əsasən, Avrasiya Universitetlər Assosiasiyası, Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyası və Xəzər Regionu Ölkələri Universitetləri Assosiasiyasının birgə iştirakı ilə ilk dəfə keçirilir.
Elmi-praktik konfransın plenar iclasında akademik Abel Məhərrəmov "Azərbaycanda universitet təhsilinin və elminin inkişafının perspektivləri və əhatəsi" mövzusunda məruzə etmişdir. Akademik əminliklə bildirmişdir ki, bu tədbir universitetlərin gələcək əməkdaşlığı üçün mühüm mərhələ olacaq, elm, təhsil müstəvisində kəsişmə yollarının tapılmasına təkan verəcəkdir. Rektor ötən il BDU-nun 90 illik yubileyinin qeyd edilməsi zamanı 3 böyük Assosiasiyanın əməkdaşlığı haqqında Bakı Bəyannaməsinin qəbul olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Akademik sənədin qarşılıqlı maraq və bərabər hüquqlar əsasında universitetlərin əməkdaşlığının əsas prinsiplərini özündə əks etdirdiyini bildirmiş, bu elmi konfransın da məhz Bakı Bəyannaməsinin davamı olaraq təşkil edildiyini vurğulamışdır.
Konfransda rektor, akademik Abel Məhərrəmova Avrasiya Universitetlər Assosiasiyasının ən ali mükafatı - "Avrasiya əməkdaşlığında töhfələrinə görə" medalı və diplomu təqdim olunmuşdur. Abel Məhərrəmov Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyası ilə əməkdaşlıqda səmərəli fəaliyyətə görə akademik mükafata da layiq görülmüşdür.
İşini bölmələr üzrə davam etdirən tədbirdə nümayəndə heyətinin üzvü, dosent Məmmədəli Ramazanov "Azərbaycanda nanotexnologiyanın yeni elmi istiqamətləri" mövzusunda məruzə ilə çıxış etmişdir.
Tədbir universitetlərin cəmiyyətdəki əvəzolunmaz rolu barədə qətnamənin qəbulu ilə başa çatmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında