Səbail rayonunda tarixi Qələbənin ildönümü münasibətilə tədbir

İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbənin 73-cü ildönümü Səbail rayonunda geniş və təntənəli şəkildə qeyd olunur. Bununla əlaqədar rayonun idarə və təşkilatlarında, ali və orta məktəblərində tədbirlər, veteranlarla görüşlər keçirilir, mədəniyyət müəssisələrində, o cümlədən muzey və kitabxanalarda sərgilər təşkil edilir.

 Rayonun orta məktəblərinin kollektivləri məktəbə yaxın ərazilərdə yaşayan Böyük Vətən müharibəsi veteranlarının yaşadıqları mənzillərə gedir, onlara bayram sovqatları çatdırırlar. Ənənəvi olaraq Qələbə günü ilə bağlı Bayıl yaşayış sahəsindəki Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan bağda Səbail rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, Hərbi Dəniz Qüvvələrinin zabit və matrosları və veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir.

Tədbrin əvvəlində Hərbi Dəniz Qüvvələrinin orkestrinin ifasında marşlar ifa olunmuşdur. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir. Müsiqi sədaları altında rayon rəhbərliyi, veteranlar, tədbirdə iştirak edən qonaqlar, donanmanın zabit və əsgərləri və məktəblilər Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun parkda ucaldılmış büstü önünə tər çiçəklər düzmüşlər.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əlamətdar gün münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Natiq qeyd etmişdir ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar – o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir.

Tədbirdə bildirilmişdir ki, Azərbaycan xalqı bu gün öz keçmişi ilə fəxr edir.

 Ulu öndər Heydər Əliyev müharibə veteranlarına həmişə xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. Ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev də veteranların sosial müdafiəsini daim diqqət mərkəzində saxlayır. Qələbənin ildönümü ərəfəsində ölkə başçısının sərəncamı ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medal-larla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi veteranlara göstərilən qayğının bariz nümunəsidir.

Sonra tədbir parkın qarşısında yerləşən, müharibə illərində təxliyə hospitalının fəaliyyət göstərdiyi Səbail rayonu, 49 saylı “İntellekt” liseyində davam etdirilmişdir. Tədbirdə çıxış edən veteranlar öz xatirələrini danışmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə veteranlara hədiyyələr təqdim olunmuş və maddi yardım edilmişdir.

 Ə.BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında