“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans

Artıq 3-cü ildir ki, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəblərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirlər çərçivəsində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfranslar keçirilir. Bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən ulu ondər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqalələri ilə çıxışlar edirlər.

Səbail Rayon İcra Hakimiyyətində şagirdlərin özlərinin təşkil və idarə etdikləri, RİH başçısı və orta məktəblərin rəhbərlərinin qonaq kimi qatıldıqları növbəti elmi- praktik konfransda tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzdülər. Sonra Səbail rayonu 6 saylı orta məktəb-liseyin 7-ci sinif şagirdi Həmidə Sadıxovanın və 10-cu sinif şagirdi İsmət Əliyevin sədrliyi ilə keçirilən konfransda seçilmiş işlərin müəllifləri çıxış etdilər. Konfransda qeyd olundu ki, əvvəlki illərdə keçirilən konfransların nəticəsi kimi məktəblilərin hazırladıqları referatlardan ən yaxşıları seçilərək “Heydər Əliyev və Azərbaycan tarixi” adlı 2 kitab buraxılmış və onların təqdimatı olmuşdur.

 Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şagirdləri salamlayaraq, ulu öndər Heydər Əliyevin zəngin irsinin və Azərbaycanımızın tarixinin dərindən öyrənilməsi, məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan konfransın əhəmiyyətini vurğuladı. O bildirdi ki, bu gün ümummilli liderimizin siyasi kursu onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.

20-yə yaxın şagirdin çıxış etdiyi konfransın sonunda Səbail rayon məktəblərində keçirilən tarix konfransları münsiflər heyətinin rəhbəri, 6 saylı orta məktəbin tarix müəllimi Elmin İmanov şagirdlərin hazırladıqları yazılar barədə məlumat verdi. O bildirdi ki, Azərbaycan tarixinin müxtəlif dövrlərinə həsr olunmuş 400-dən çox şagirdin hazırladığı referatlar komissiya tərəfindən seçilmiş və bu ilin sonunda Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə növbəti 3-сü kitabda çap olunacaqdır.

Ə. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında