Suraxanıda ümummilli liderin anadan olmasının 95-ci ildönümü münasibətilə ümumrayon iməciliyi

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbirlər planına uyğun olaraq rayon icra hakimiyyətinin təşkilatçılığı ilə təhsil, səhiyyə, sənaye və digər müəssisələrdə silsilə tədbirlər keçirilir, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, yeni abad məhəllələr salınır, müxtəlif ərazilərdə  çox sayda ağac, gül, bəzək kolları əkilir.

Ümummilli liderin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirilib, bununla bağlı genişmiqyaslı tədbirlər həyata keçirilib. 

Təməli ulu öndər tərəfindən qoyulan ətraf mühitin sağlamlaşdırılması siyasəti bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il yüz minlərlə ağac əkilir, yeni-yeni yaşıllıq zolaqları salınır.

Ümummilli liderin ­anadan olmasının 95-ci ildönümü münasibətilə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən növbəti ümumrayon iməciliyi Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsinin ətrafında reallaşıb. 200 nəfərin iştirak etdiyi kütləvi ağacəkmə aksiyasında yolun kənarları təmizlənib, abadlıq işləri görülüb, mövcud yaşıllığa qulluq edilib və ərazidə 250-dən artıq sərv ağacı əkilib.

Suraxanıda ağacəkmə aksiyalarının davamlı şəkildə həyata keçirilməsi nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir.

Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, rayonun ekoloji durumunun sağlamlaşdırılması tədbirləri mütəmadi davam etdirilir. Neftlə çirklənmiş torpaqlarda görülən işlər nəticəsində  son illərdə müxtəlif ölçülü gölməçələr qurudulub, mədən ərazilərində isə çox sayda ağac və kol əkilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında