İnstaqrama yeni funksiyalar gəlir

Mark Zukerberq izləyicilərin saatlarla İnstaqramda vaxt keçirtməsi üçün çoxsaylı yeni layihələrə imza atacaqlarını deyib.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, İnstaqramda artıq üç yeni funksiya olacaq. Belə ki, ilk yeni funksiya "Story" (hekayə) bölməsinə əlavə edilib. Bunun köməyi ilə paylaşılan bütün “Story”lərin dəqiq tarixçəsini görmək mümkün olacaq.
Digər cəhəti isə ondan ibarətdir ki, artıq "Story"lərə sürətli şəkildə emojilər vasitəsilə reaksiya vermək mümkün olacaq.

İnstaqramda “FaceTime” formatında danışıqların edilməsi üçün daha bir funksiyanın gerçəkləşdirilməsi gözlənilir.

Sınaq üçün bir neçə dəfə "Android" sistemi ilə təchiz edilmiş smartfonlarda yoxlanıldığı bildirilib.

Bundan əlavə artıq “Facebook”dakı dostlarınızı İnstaqramda paylaşımlarınıza işarələyə biləcəksiz. “Tag” etmək funksiyası isə planlaşdırılan son yeniliklərdən biridir. Bu funksiya bir az qeyri-adi görünsə də, hələlik necə inteqrasiya olunacağı barədə məlumat verilməyib.

I.Əmənullayev,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında