Başlıca hədəf vətəndaşı xidmət məkanına yox, xidməti vətəndaşın ünvanına çatdırmaqdır

Əmlak sahibləri üçün qeydiyyat xidmətlərində əlçatanlığı və optimallığı təmin edən mobil qeydiyyat aksiyaları və çıxarış kampaniyalarının coğrafi məkanı və xidmət spektri getdikcə genişləndirilir. Bu tədbirlərin başlıca hədəfi vətəndaşı xidmət məkanına yox, xidməti vətəndaşın ünvanına çatdırmaqdır. Başqa sözlə, mobil qeydiyyat ofisləri yerlərdə operativ qaydada fəaliyyət göstərməklə vətəndaşların ünvanlarındaca xidmətləri çatdırır, əmlakların daha sadə və innovativ üsullarla sənədləşdirilməsi üçün geniş imkanlar yaradır, Növbəti mobil çıxarış aksiyası mayın 4-də Gəncə şəhərində keçirilib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən kampaniyadan yeni inşa edilmiş yaşayış kompleksinin, fərdi yaşayış evlərinin sakinləri, torpaq mülkiyyətçiləri yararlanıblar. Qeyd edilməlidir ki, paytaxtla yanaşı, bölgələrdə də hündürmərtəbəli binaların tikintisinin geniş vüsət alması onların sənədləşdirilməsini zəruri edir. Bu istiqamətdə təşkil edilən mobil aksiyalar isə ən yaxşı unikal vasitədir.     

Kampaniya çərçivəsində yaşayış kompleksinin 30-a yaxın sakininə ünvanlarındaca çıxarışlar verilib. Digər sakinlərdən isə bu kompleksdə yerləşən mənzillərinə dair çıxarışların verilməsi üçün ilkin mülkiyyət sənədləri qəbul edilib. Bina sakinləri ilə yanaşı yaxın ərazilərdə yerləşən 20-yə yaxın mənzilə, 15 fərdi yaşayış evinə, 10 torpaq sahəsinə, 15 bağ evinə dair çıxarışlar təqdim olunub.

Həmin gün 50-yə yaxın sakinə hüquqi yardım xidməti də göstərilib. Vətəndaşlara çıxarış almaq üçün lazım olan sənədlər barədə məlumat verilib. Həmin  sənədlərin hansı qurumdan alınması ilə bağlı məlumatı az olanların suallarını komitənin əməkdaşları cavablandırıb

Qeyd edilməlidir ki, komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.

 

                                                                                                   Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında