Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin iclası keçirilmişdir

{nl}

Martın 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin iclası keçirilmişdir.
Konfederasiyadan bildirmişlər ki, iclasda AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev son vaxtlar ölkəmizdə aparılan mühüm islahatlar haqqında danışmış, bu proseslərdə həmkarlar ittifaqlarının yaxından iştirakından bəhs etmişdir.
Bildirilmişdir ki, bu gün Azərbaycan iqtisadiyyatının bütün sahələrində inkişaf müşahidə olunmaqdadır. Yaxın vaxtlarda hökumətin parlament qarşısında hesabatı gözlənilir. Bu hesabatda ölkəmizin qazandığı iqtisadi, sosial uğurlar bir daha konkret faktlarla, şəffaf şəkildə ictimaiyyətin diqqətinə çatdırılacaqdır.
AHİK-in sədri vurğulamışdır ki, dünyada gedən proseslər nəticəsində neftin bahalaşması və ya ucuzlaşması digər sahələrdə də qiymətinin dəyişməsinə səbəb olur. Qiymətlər qalxdıqca Avropada istehsal olunan məhsulların da dəyəri yüksəlir. Dövlətimizin başçısı İlham Əliyev məhz bu qiymət artımlarının xalqımız üçün çətinliklər yaratmaması naminə yeni islahatlara başlamışdır.
İşçilərin əmək hüquqlarının qorunmasından danışan S.Mehbalıyev demişdir ki, Əmək Məcəlləsinin, digər qanunverici sənədlərin AHİK-ə verdiyi səlahiyyətlərdən bəhrələnməliyik. Prezident İlham Əliyev ölkədə yeni iş yerlərinin açılması, əhalinin məşğulluq səviyyəsinin maksimum dərəcədə artması istiqamətində böyük səylər göstərir. Biz bu xeyirxah işdə dövlətimizin başçısının yanında olmalıyıq. İşçilərin haqsız yerə işdən çıxarılmasına, ədalətsiz ixtisarlara göz yummamalıyıq. Bu baxımdan nümunə ola biləcək sahə komitələrimiz vardır.
AHİK-in sədri Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin müdiriyyətin 1388 nəfərin işdən çıxarılması barədə qərarını ləğv etdirə bildiyini, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin isə 200-dən artıq işçinin işsiz qalmasının qarşısını aldığını iclas iştirakçılarının diqqətinə çatdırmışdır.
S.Mehbalıyev bildirmişdir ki, həmkarlar ittifaqı işçilərinin təhsilinə daha çox diqqət yetirilməsi sahə Həmkarlar İttifaqı Respublika Komitələrinin qarşısında duran başlıca vəzifələrdən biridir. Hər bir həmkarlar ittifaqı komitəsinin sədri öz işinin incəliklərini mükəmməl bilməlidir. Yalnız savadlı kadrlar işçilərin hüquqlarını yüksək səviyyədə qorumağı bacarar. O, Respublika Komitələrinin sədrlərinə Sosial Münasibətlər Akademiyasının nəzdində təşkil olunmuş qısamüddətli kurslara daha çox kadr göndərməyi tövsiyə etmiş, müzakirə olunan digər məsələlərə də mövqeyini bildirmişdir.
Sonra 2010-2011-ci illər üçün Baş Kollektiv Sazişin icrasına dair məlumat, Sahə Həmkarlar İttifaqları Təşkilatlarının IV Respublika Spartakiadasının yekunları, rabitə, dəniz nəqliyyatı, toxuculuq və yüngül sənaye, "Azərsu" ASC və Bakı Metropoliteni işçiləri həmkarlar ittifaqlarının üzv təşkilatlarında əməyin mühafizəsi üzrə norma və qaydaların hazırlanması, işçilərin təliminin təşkili və biliklərinin yoxlanılması sahəsində görülən işlər haqqında məlumat verilmişdir.
İclasda, həmçinin AHİK Məclisinin və İcraiyyə Komitəsinin tərkibində dəyişiklik edilməsi, həmkarlar ittifaqı təşkilatlarının keçən il üzrə statistik hesabatları, qurumun kadr və fəallarının 2010-cu il üçün təhsil planının yerinə yetirilməsi və digər məsələlərə baxılmış, müzakirə edilən məsələlərə dair qərarlar qəbul olunmuşdur.

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında