“Məişət zorakılığının qarşısının alınması mexanizmləri”

Binəqədi Rayon İcra Hakimiyyəti  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə YAP rayon təşkilatının konfrans zalında monitorinq qrupunun üzvləri üçün “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” adlı təlim keçirib.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva, komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva, hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, habelə icra hakimiyyəti başçısı aparatının əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının nümayəndələri, bələdiyyə sədrləri, sahə və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, təhsil müəssisələrində fəaliyyət göstərən psixoloqlar, səhiyyə işçiləri iştirak ediblər.  

Rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, məişət zorakılığı ilə mübarizədə Azərbaycan dövləti ən müasir metodlardan yararlanmaqla bu sahədə dünyanın ən tanınan beynəlxalq təşkilatları ilə əməkdaşlıq edir və təcrübə mübadiləsi həyata keçirir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva isə çıxışında qeyd edib ki, məişət zorakılığı ilə mübarizədə sosial işçilərin üzərinə böyük məsuliyyət düşür. Bu səbəbdən də sosial işçilərin sayı artırılmalı və onlar cəmiyyətə inteqrasiya olunmalıdır.

Daha sonra komitənin hüquq təminatı şöbəsinin müdiri Taliyə İbrahimova təlim xarakterli təqdimatla çıxış edərək, məişət zorakılığı halları ilə mübarizənin tənzimlənməsində hüquqi metodlar barədə məlumat verib.

Təlim zamanı məişət zorakılığı halları ilə mübarizə sahəsində maarifləndirmə işləri aparmaq məqsədilə komitə tərəfindən çap edilən buklet və kitabçalar görüş iştirakçılarına paylanılıb. 

Təqdimat yekunlaşdıqdan sonra görüş diskussiya şəklində davam edib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında