Azərbaycanda dini dözümlülük və tolerantlıq yüksək qiymətləndirilmişdir

Martın 14-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin antisemitizmə qarşı mübarizə və monitorinq üzrə xüsusi elçisi Hanna Rozental və müsəlman icmaları üzrə xüsusi nümayəndəsi Fərəh Anvar Pandit ilə görüşmüşdür.
Görüşdə ikitərəfli münasibətlər, fanatizm və nifrət əleyhinə mübarizə yolları və digər məsələlər müzakirə edilmiş, fikir mübadiləsi aparılmışdır.
Şeyxülislam ölkəmizdə din və dövlət münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermiş, Azərbaycanda dilindən, dinindən asılı olmayaraq bütün xalqların nümayəndələrinin dostluq şəraitində yaşadığını vurğulamışdır. Bildirmişdir ki, Dağlıq Qarabağ problemi ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həll olunmalıdır.
Görüşdə iştirak edən ABŞ-ın ölkəmizdəki səfiri Mətyu Brayzə Azərbaycanda dini dözümlülüyü və tolerantlığı yüksək qiymətləndirmişdir.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında