Azərbaycanda bütün dinlər və onların mənsubları bərabərhüquqludur

Martın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin antisemitizmə qarşı mübarizə və monitorinq üzrə xüsusi elçisi Hanna Rozental və müsəlman icmaları üzrə xüsusi nümayəndəsi Fərəh Pandit ilə görüşmüşdür.
Komitədən bildirmişlər ki, görüşdə müasir dünyada din və gənc nəsil, müxtəlif milli-dini ayrı-seçkiliyin, ekstremizmin qarşısının alınması məsələləri müzakirə olunmuşdur.
ABŞ Dövlət Departamentinin nümayəndələri Azərbaycana səfərin "2011-Nifrət əleyhinə saatlar" kampaniyasına hazırlıq məqsədi daşıdığını qeyd etmişlər. Qonaqlar respublikamızın tarixi tolerantlıq ənənələrini yüksək qiymətləndirərək bu sahədə Azərbaycanın malik olduğu təcrübəyə, həmçinin kampaniya çərçivəsində ölkəmiz tərəfindən dəstəyə güvəndiklərini demişlər.
H.Orucov vurğulamışdır ki, ölkəmizdə vətəndaşların dini etiqad azadlığı, insanların inanclarına hörmət və dövlət qayğısı Azərbaycan Respublikası Konstitusiyasında və "Dini etiqad azadlığı haqqında" qanunda öz əksini tapmışdır. Azərbaycanda bütün dinlər və onların mənsubları bərabərhüquqludur. Tarixən etnik-dini tolerantlıq məkanı olan Azərbaycanda heç vaxt milli ayrı-seçkilik səbəbindən münaqişələr olmamışdır.
Bu ənənənin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətlərinin olduğunu qeyd edən komitə sədri demişdir ki, bu gün Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir. Ölkəmizdəki xristian məbədləri təmir və bərpa olunur, yeni sinaqoqlar tikilir.
H.Orucov rəhbərlik etdiyi komitənin "2011-Nifrət əleyhinə saatlar" kampaniyasına hazırlıq işlərinə fəal qoşulacağını bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında