Azərbaycanda səfərdə olan ATƏT-in sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparmışdır

Martın 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan ATƏT-in sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis ilə görüşmüşdür.
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında müzakirə olunan məsələlərlə bağlı ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, görüşdə Azərbaycan ilə Litva arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri, ölkəmiz ilə ATƏT arasında əməkdaşlıq, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin həllində ATƏT-in rolu və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Bakıda keçirdiyi görüşlərin nəticələrindən razı qaldığını qeyd edən A.Ajubalis demişdir ki, Azərbaycanda korrupsiya ilə mübarizə istiqamətində də görülən işlər təqdirəlayiqdir.
ATƏT-in fəaliyyətdə olan sədri vurğulamışdır ki, görüşdə əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində aparılan danışıqların qarşısını alan maneələri dəf etmək məsələləri müzakirə olunmuşdur.
A.Ajubalis Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünün nəticələrinin müzakirə edildiyini vurğulamış, bunu növbəti danışıqlar üçün irəliyə atılan addım kimi qiymətləndirmişdir.
Təmas xətti yaxınlığında azərbaycanlı uşağın qətlə yetirilməsini faciəvi hadisə adlandıran ATƏT-in fəaliyyətdə olan sədri, snayperlərin cəbhə bölgəsindən geri çəkilməsinin vacibliyini vurğulamışdır. A.Ajubalis demişdir: "Mən Ermənistandakı görüşlərimdə də bununla bağlı danışıqlar aparacağam".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında