Vergilər Nazirliyində kollegiya iclası keçirilmişdir

Fazil Məmmədov: "Vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması dövlət büdcəsinə vergi daxilolmalarının təmin olunması qədər əhəmiyyətli məsələdir"
Vergilər Nazirliyində vətəndaş müraciətlərinə baxılmasının vəziyyəti ilə bağlı məsələlərə həsr olunmuş kollegiya iclası keçirilmişdir. İclasda qeyd olunmuşdur ki, 2006-cı il fevral ayının 1-dən etibarən dövlət vergi orqanlarında Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiq olunması nəticəsində vergi orqanlarında kargüzarlığın aparılmasında ciddi keyfiyyət dəyişiklikləri baş vermiş, sənədlərin icrası, vətəndaş müraciətlərinə baxılması proseslərini əvvəldən axıradək izləməyə imkan verən dəqiq və kifayət qədər təkmil nəzarət sistemi yaradılmışdır.
Qeyd olunmuşdur ki, vergi ödəyicilərinin, vətəndaşların vergi orqanlarına müraciətlərinin təhlil olunması, qarşıya çıxan problemlərin yerlərdə araşdırılması və müzakirə edilməsi, vergi ödəyicilərini narahat edən məqamların öyrənilməsi məqsədilə 2010-cu ildə nazir müavinləri və nazirliyin digər rəhbər işçilərinin iştirakı ilə 10 şəhərdə vergi ödəyiciləri ilə görüşlər və bu görüşlərin nəticələri də nəzərə alınmaqla dörd zona müşavirəsi keçirilmişdir. Vergi ödəyiciləri tərəfindən qaldırılan məsələlər nəzarətə götürülərək onların icrası ilə bağlı tədbirlər planı təsdiq olunmuşdur.
2010-cu ildə ölkənin vergi orqanlarına 37.474 yazılı müraciət daxil olmuşdur. Onlardan 97,3 %-i ərizə, 2,6 %-i şikayət, 1%-i təklif xarakterli olmuş, 283 müraciətin icrası xüsusi nəzarətə götürülmüşdür. Müraciətlərin 79,5%-i müsbət həll olunmuş, qalanları barədə vətəndaşlara müvafiq izahatlar verilmişdir. Ötən il dövlət vergi orqanlarına cəmi 960 şikayət daxil olmuşdur ki, bu da 2009-cu illə müqayisədə 1164 vahid azdır. Vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) ilə bağlı şikayətlərin sayı da 264 vahid azalmışdır. Nazirliyin rəsmi internet səhifəsində (www.taxes.gov.az) vətəndaşların birbaşa vergilər nazirinə və digər rəhbər işçilərə müraciət etmələri üçün imkan yaradılmış, 195 Telefon Məlumat Xidmətinə müraciət edənlərin sayı 236.000 nəfərdən çox olmuşdur. Vergi orqanlarına daxil olmuş müraciətlərdən 272-sinin və ya cəmi 0,7%-nin baxılma müddəti gecikdirlmişdir ki, bu da əvvəlki illə müqayisədə 355 vahid azdır. 8 saylı ƏVİ-də 22, 6 və 12 saylı ƏVİ-nin hər birində 12 vətəndaş müraciətinə icra müddətləri pozulmaqla baxılmışdır. Kollegiya iclasında o da qeyd olunmuşdur ki, bir sıra hallarda ərazi vergilər idarələrinə daxil olan müraciətlər mövzulara və növlərə görə düzgün qeydiyyata alınmır, bu isə onların hansı məsələlərlə əlaqədar olduğunun müəyyən edilməsində çətinliklər yaradır. Bununla da vətəndaş müraciətlərinin dövlət idarəetmə sistemində oynadığı əsas rollardan biri, yəni vətəndaşlarla əks əlaqə, sistemdəki real vəziyyət barədə ilk mənbədən məlumat əldə edilməsi imkanları məhdudlaşdırılır. Bunu nəzərə alaraq ötən ilin ikinci yarısından etibarən vətəndaş müraciətlərinin mövzular və növlər üzrə təsnifatı dəyişdirilmiş, keçirilmiş tədbirlər nəticəsində məsələ artıq öz həllini tapmışdır. Kollegiyada araşdırma tələb edən vətəndaş müraciətlərinin səthi, başdansovdu cavablar yazmaqla nəzarətdən çıxarılması hallarına yol vermiş idarə rəhbərləri ciddi tənqid olunmuşlar. 2010-cu ildə dövlət vergi orqanlarında 3111, o cümlədən nazirliyin aparatında 819 vətəndaş qəbul edilmiş, onların müraciətlərinə müvafiq qaydada baxılaraq tədbirlər görülmüşdür. Bununla yanaşı bəzi vergi orqanlarında hələ də həm qəbul zamanı, həm də yazılı müraciətlərdə qaldırılan məsələlərin mahiyyəti üzrə axıradək düzgün araşdırılmaması, məsələnin müsbət həlli mümkün olmadıqda bunun səbəbləri barədə vətəndaşlara əsaslandırılmış izahatların verilməməsi hallarına rast gəlinir ki, nəticə etibarilə bu da təkrar müraciətlərə səbəb olur. Nazirliyin aparatında və tabeli qurumlarında vətəndaş müraciətlərinə baxılması nəticəsində aşkarlanmış nöqsanlara görə 30 vergi orqanı əməkdaşına xəbərdarlıq edilmiş, 81 nəfərə töhmət, 40 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmiş, 2 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınmış, 2 nəfər aşağı vəzifəyə keçirilmiş, 6 nəfərin vergi orqanlarında fəaliyyətinə xitam verilmişdir.
Kollegiyada çıxış edən vergilər naziri Fazil Məmmədov xüsusi olaraq vurğulamışdır ki, vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması məsələsi hər bir vergi orqanı üçün dövlət büdcəsinə vergi daxilolmalarının təmin olunması qədər əhəmiyyətlidir və bu sahədə hər hansı bir vəzifəli şəxs tərəfindən yol verilmiş nöqsanlara görə çox ciddi tədbirlər görülməlidir. Kollegiya müzakirə olunun məsələ barədə müvafiq qərar qəbul etmişdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında