ATƏT-in əsas fəaliyyət istiqamətlərindən biri dondurulmuş münaqişələrin həllinə töhfə verməkdir

Demokratik, dünyəvi dövlət olan Azərbaycan ATƏT və onun ayrı-ayrı strukturları ilə əməkdaşlığa böyük önəm verir. İnanırıq ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Bakıya səfəri Azərbaycan ilə bu qurum arasında əlaqələrin inkişafına töhfə verəcəkdir.
Bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov martın 14-də Bakıda səfərdə olan ATƏT-in indiki sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis ilə görüşdə söyləmişdir.
Milli Məclisin sədri bildirmişdir ki, rəsmi Bakı qurumla əlaqələrin dərinləşməsinə böyük önəm verir. Təşkilatın əsas vəzifələrindən və fəaliyyət istiqamətlərindən biri bu məkanda mövcud münaqişələrin həllidir. Azərbaycanın üzləşdiyi ən ağrılı problemdən - Dağlıq Qarabağ münaqişəsindən söz açan O.Əsədov demişdir ki, bu məsələdə ATƏT-in, eləcə də digər beynəlxalq qurumların fəaliyyətlərinin səmərəliliyini artırmaları çox vacibdir. Azərbaycan münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdardır. BMT, Avropa Şurası, İKT kimi beynəlxalq təşkilatlar da bu məsələ ilə bağlı mühüm qərarlar qəbul etmişdir. Lakin hələ də münaqişənin həllində irəliləyiş yoxdur. ATƏT-in Minsk qrupunun da 17 ildir problemin həlli istiqamətindəki fəaliyyəti heç bir müsbət nəticə vermir. Bütün bunlara səbəb Ermənistanın qeyri-konstruktiv mövqeyi və beynəlxalq hüquqa məhəl qoymamasıdır.
O.Əsədov Azərbaycan-Litva parlamentlərarası münasibətlərindən danışmış, qanunverici orqanlar arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirmişdir.
ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis səmimi görüş üçün təşəkkürünü bildirmişdir. ATƏT-in əsas fəaliyyət istiqamətlərindən birinin məhz dondurulmuş münaqişələrin həllinə töhfə vermək olduğunu vurğulayan A.Ajubalis demişdir ki, Bakıya səfərinin əsas məqsədlərindən biri mövcud münaqişələrin həlli ilə bağlı müzakirələr aparmaqdır.
Sonra görüşdə ATƏT ilə Azərbaycan, eləcə də Milli Məclislə Litva Seymi arasında əlaqələrin inkişaf perspektivləri, Tvininq layihəsi çərçivəsində əməkdaşlıq və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında