Salyanda mini futbol üzrə rayon çempionatının açılış mərasimi keçirilmişdir

Salyan Olimpiya İdman Kompleksində ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edimiş idarə, müəssisə və təşkilatlar arasında mini futbol idman növü üzrə rayon çempionatının açılış mərasimi keçirilmişdir.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Açılış mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.

Çempionatda ilk olaraq Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin və Salyan Olimpia İdman Kompleksinin komandaları qarşılaşmışlar. FHN Muğan Regional Mərkəzinin komandası 5:0 hesabı ilə qalib gəlmişdir.

Çempionat 10 may 2018-ci ildə başa çatacaqdır.

 

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında