İmişli rayonunun Rəsullu kəndində səyyar qəbul keçirilib

İmişli rayonunun Rəsullu kəndində səyyar qəbul keçirilib. Qeyd edək ki, Rəsullu kəndinin sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Qəbulda  əvvəlcə rayonda həyata keçirilən məqsədyönlü  tədbirlər  barədə məlumat verilib.

İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edərək dövlət başçısının regionların inkişafına göstərdiyi qayğıdan danışıb. Bildirib ki, son illər İmişli rayonunda uğurlu işlər görülür. Belə ki, rayonda kəndlərin qazlaşdırılması davam etdirilir. Kənd yolları abadlaşdırılır.

Tədbirdə  çıxış edən Rəsullu kənd sakinləri  öz növbəsində onlara göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər. Görüşdə sakinlər tərəfindən qaldırılan müraciət və təkliflər dinlənilib,  aidiyyatı qurumlara və xidmət təşkilatlarına konkret tapşırıqlar verilib.

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında