Azərbaycanın və Rusiyanın "beyin mərkəzləri" Əməkdaşlıq haqqında Memorandum imzalamışlar

Rusiya Strateji Araşdırmalar İnstitutu (RSAİ) və Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) arasında Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Sənədi Azərbaycan Prezidenti yanında SAM-ın direktor müavini Gülşən Paşayeva və RSAİ-nin direktoru Leonid Reşetnikov imzalamışlar.
Bu sənəd iki ölkənin "beyin mərkəzləri" arasında qarşılıqlı münasibətlərin səmərəsini artırmaq üçün yeni imkanlar, həmçinin əməkdaşlıq üçün yeni pespektivlər açacaqdır. Qeyd edilmişdir ki, bu müqavilə iki dövlətin ekspert birliklərinin nümayəndələrinin əməkdaşlığına gözəl nümunədir və Azərbaycan-Rusiya əməkdaşlığının çoxşaxəli spektrində öz layiqli yerini tapacaqdır.
Memorandumun imzalanmasından əsas məqsəd iki aparıcı dövlətin "beyin mərkəzləri"nin ekspertlərinin Azərbaycan-Rusiya münasibətləri, beynəlxalq siyasət, regionda geosiyasi vəziyyət barədə sərbəst fikir mübadiləsi üçün şərait yaratmaqdır.
Azərbaycanın və Rusiyanın "beyin mərkəzləri" iki ildən çoxdur ki, sıx əməkdaşlıq edir. Əməkdaşlıq haqqında Memorandumun imzalanması ekspertlərin qarşılıqlı fəaliyyətinin məntiqi davamıdır. Bu əməkdaşlıq çərçivəsində RSAİ 2000-ci ildə Azərbaycana aid geniş tədqiqat aparmışdır. İndi həmin araşdırma azərbaycanlı həmkarlarla birlikdə tamamlanacaq və yeniləşdiriləcəkdir. Bundan əlavə, cari ilin oktyabr ayında Bakıda keçiriləcək Beynəlxalq Humanitar Foruma aid birgə tədqiqatlar aparılacaqdır.
Elə həmin gün RSAİ-nin binasında "Azərbaycan-Rusiya əməkdaşlığının aktual məsələləri" mövzusunda dəyirmi masa keçirilmişdir. Diskussiyalarda Azərbaycan Prezidenti yanında SAM-ın direktor müavini Gülşən Paşayeva, Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin aparıcı məsləhətçisi Fərhad Məmmədov, SAM-ın məsləhətçi-eksperti Heydər Mirzə, eləcə də RSAİ-nin rəhbəri L.Reşetnikov, RSAİ-nin direktor müavini İ.Prokofyev və digər ekspertlər iştirak etmişlər. Onlar Rusiya-Azərbaycan ikitərəfli əlaqələrinin inkişafının müxtəlif aspektlərini müzakirə etmişlər. Məsələn, Ermənistan Azərbaycan münaqişəsinin tənzimlənməsi baxımından Rusiya-Azərbaycan münasibətləri, strateji perspektivdə isə beynəlxalq siyasət, Rusiya və Azərbaycan üçün xarici təhdidlər kimi məsələlər nəzərdən keçirilmişdir.
Martın 15-də SAM-ın nümayəndə heyəti Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda keçiriləcək "Rusiya-Azərbaycan münasibətləri Cənubi Qafqaz kontekstində" mövzusunda növbəti tədbirdə iştirak edəcəkdir. SAM-ın nümayəndə heyəti səfər çərçivəsində Rusiyanın tanınmış ekspertləri ilə görüşlər keçirəcək, bir sıra mühüm regional layihələr barəsində geniş müzakirələr aparılacaqdır.{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında