Pambıq səpininə həsr olunmuş müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyində Bərdə rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı pambıq səpininə həsr olunmuş müşavirə keçirilib. 

Tədbirdə nazirliyin məsul işçiləri, pambıqçılıq rayonlarının Kənd Təsərrüfatı İdarələrinin rəisləri, alimlər, mütəxəssislər, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, “Aqrolizinq” ASC-nin, həmçinin “MKT İstehsalat Kommersiya” MMC-nin, “Azərpambıq” MMC-nin və pambıq tədarükü məntəqələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə ölkə başçısı tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin qarşısına qoyulmuş tapşırıq və vəzifələr barədə danışaraq bu sahənin inkişaf etdirilməsini dövlət başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edildiyini diqqətə çatdırıb. Nazir bildirib ki, hazırda 133 min hektar sahədə pambıq əkini aparılıb, ancaq buna baxmayaraq keçən il həm obyektiv, həm də subyektiv səbəblərə görə pambıqçılıqda müəyyən çatışmazlıqlar yaşanıb.

Müşavirədə pambıqçılıqla məşğul olan rayonların və həmin rayonlara təhkim olunmuş nümayəndələrin səpinlə bağlı məlumatları dinlənilib, onların təklifləri ətrafında müzakirələr aparılıb.

Həmçinin pambıq istehsalında mövcud vəziyyət geniş müzakirə edilərək cari ildə pambıq səpininin mütəşəkkil həyata keçirilməsi, tələb olunan texnika və avadanlıqlarla vaxtında təmin olunması üçün “Aqrolizinq” ASC-yə, pambıqçılıqda tətbiq olunan kimyəvi preparatlardan vaxtında və düzgün istifadə olunması barədə Dövlət Fitosanitar Nəzarəti Xidmətinə, nazirliyin məsul işçilərinə tapşırıq və tövsiyələr verilib.  

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında