Xırdalan şəhərində gül və çiçək kolları əkilir

Xırdalan şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında  yazın gəlişi ilə bağlı genişmiqyaslı təmizlik və abadlıq işləri davam etdirilir. Şəhərin havasının saf qalmasında, yay mövsümündə, qızmar günəşin, qışda soyuq küləklərin qarşısının alınmasında müstəsna rol oynayan parkda yaşıllıq sahələrinə xüsusi qulluq göstərilir.

Şəhər sakinlərinin və qonaqların sevimli istirahət yeri olan bu ərazi bu gün möcüzəli məkana çevrilib. Burada parkın əməkdaşları səliqə-sahmanın, yaşıllığın qorunması üçün var qüvvələri ilə çalışırlar.

Parkda vaxtaşırı ağacların dibi şumlanır, suvarılması təmin edilir. Yeni rəngbərəng dekorativ güllər əkilir, mövcud yaşıllıqlar davamlı diqqət mərkəzində saxlanılır. Bundan əlavə, parkda sahələrə münbit torpaq və üzvü gübrə verilir.

Məlumat üçün bildirək ki, təkcə son bir neçə gün ərzində parkın ərazisində 3 mindən çox gül və çiçək kolları əkilib.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında