"ASAN Ödəniş" sistemindən daha bir yenilik

Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli fərmanına əsasən yaradılmış “ASAN ödəniş” sistemi əhaliyə daha bir yenilik təqdim edir.

Vətəndaşlara Xidmət və Sosial İnnoavsiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, vətəndaş əlçatanlığının təmin edilməsi məqsədi ilə bütün ödəniş portallarının və ödəniş terminallarının, eləcə də elektron bankçılıq xidmətlərinin “ASAN ödəniş” sisteminə inteqrasiya imkanları yaradılıb.

Bu imkandan istifadə etməklə artıq vətəndaşlar hesab.az və e-pul.az ödəniş portalları vasitəsilə cərimə ödənişlərini həyata keçirə bilərlər. Yaxın zamanda portmanat.az ödəmə portalı, Milli Ön və e-Manat ödəniş terminalları vasitəsilə də cərimələrin ödənişi mümkün olacaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnoavsiyalar üzrə Dövlət Agentliyi “ASAN ödəniş” sisteminin infrastruktur imkanlarının genişləndirilməsi və digər dövlət ödənişlərinin çeşidinin artırılması istiqamətində tədbirləri bundan sonra da davam etdirəcəkdir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında