İki ayda istehlak bazarında 7,8 faiz artım olmuşdur

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ilin ilk iki ayında ölkə ərazisində ticarət fəaliyyəti göstərən hüquqi və fiziki şəxslər tərəfindən əhaliyə 2,4 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz çox istehlak malları satılmışdır.
Pərakəndə ticarət səbəkələri üzrə əmtəə dövriyyəsinin həcmi 7,5 faiz artaraq 2,3 milyard manata, iaşə şəbəkələrinin dövriyyəsi isə 14,4 faiz artaraq 67,7 milyon manata bərabər olmuşdur. İstehlak mallarının 14,3 faizi hüquqi, 85,7 faizi fiziki şəxslər tərəfindən realizə edilmişdir. Əhali ticarət şəbəkələrindən 1,5 milyard manatlıq ərzaq məhsulları, 850 milyon manatlıq qeyri-ərzaq malları almışdır.
Yanvar-fevral aylarında əhaliyə 760 milyon manatlıq və ya 9,9 faiz çox pllu xidmətlər göstərilmişdir. Xidmələrin 78,7 faizi hüquqi, 21,3 faizi fiziki şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə müvafiq olaraq 7,4 və 20,2 faiz çox pullu xidmət göstərilmişdir.

{nl}

T.ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında