Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında Novruz bayramının təqdimatı keçiriləcəkdir

TÜRKSOY beynəlxalq təşkilatının təşəbbüsü ilə 2011-ci ilin 24 mart tarixində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının qərargahında "Novruz təbrikləri" adlı şənlik keçiriləcək.
Tədbirdə nazirliyin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin rəhbərliyi altında Azərbaycan Dövlət Rəqs Ansamblının 10 nəfərdən ibarət kollektivinin və əməkdar artist Gülyanaq Məmmədova (xanəndə), Ehtiram Hüseyinov (xanəndə), əməkdar artistlər Malik Mansurov (tar) və Elşən Mansurovun (kamança) daxil olduqları muğam dördlüyündən ibarət nümayəndə heyəti iştirak edəcəkdir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bayramda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Rusiya Federasiyasının Tatarıstan, Başqırdıstan, Tuva respublikaları, habelə Moldova Respublikasının Qaqauz Muxtar Qurumunun incəsənət ustaları təmsil olunacaqlar.
Tədbir çərçivəsində Novruz bayramı şirniyyatı və milli mətbəx nümunələri xonçalarda tamaşaçılara təqdim olunacaqdır.
Türk respublikalarının mədəniyyət nazirlikləri və TÜRKSOY tərəfindən maliyyələşdirilən bu böyük mədəniyyət tədbirində BMT-nin rəsmi nümayəndələri, diplomatlar və dövlət xadimləri iştirak edəcəklər.

{nl}


M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında