Nərimanov rayonunda abadlıq və yenidənqurma işləri genişləndirilir

Dünən Nərimanov Rayon İcra Hakimiyyətində Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində keçirilmiş Bakı şəhəri və ətraf qəsəbələrin inkişafına dair müşavirə ilə bağlı yığıncaq keçirildi. RİH başçısı Abdin Fərzəliyev Prezidentin paytaxt və onun ətrafındakı qəsəbələrin problemlərini geniş təhlil etdiyini və rayon icra hakimiyyətləri qarşısında mühüm vəzifələr qoyduğunu qeyd etdi.
Onun sözlərinə görə, Bakının mərkəzi rayonlarından olan Nərimanov rayonunda da sosial-iqtisadi inkişafla bağlı müvafiq təkliflər hazırlanıb. Görülmüş işlərdən danışan başçı dedi ki, son 7 ildə Bakıda tikilmiş çoxsaylı körpü və keçidlərin, yeni salınmış yolların bir hissəsi Nərimanov rayonunun ərazisinə düşür. Heydər Əliyev prospekti boyu binaların fasadları yenidən qurularaq gözəlləşdirilib. Dünyada nadir memarlıq abidəsi kimi tanınan Heydər Əliyev Mərkəzinin tikintisinin davam etdiyini bildirən başçı əlavə etdi ki, burada geniş yaşıllıq zonası yaradılacaq, kitabxana, konfrans zalı və s. olacaq. Tikinti ilə əlaqədar ətraf binaların fasadları təmir edilir, abadlaşdırma tədbirləri görülür.
A.Fərzəliyevin sözlərinə görə, nəzərdə tutulan böyük yenidənqurma və abadlaşdırma tədbirləri sırasında keçən əsrin əvvəllərində tikilmiş və öz dövrünü başa vurmuş binaların yeniləri ilə əvəzlənməsi, köhnə məktəb və səhiyyə binalarının təmiri, eləcə də məhəllədaxili yolların abadlaşdırılması kimi işlər də vardır. Eyni zamanda, Xutor, Böyük Şor və digər ərazilərdəki kommunikasiya xətlərinin keçdiyi zonalara düşən yaşayış evlərinin köçürülməsi nəzərdə tutulur. Ancaq bu evlərin sənədlərinin olub-olmamasına baxmayaraq sakinlərin hər hansı problemlə qarşılaşmasına yol verilməyəcək.
RİH başçısı rayonda bir sıra təhsil və səhiyyə müəssisələrinin, uşaq bağçalarının, o cümlədən Talassemiya Mərkəzinin, kor uşaqlar üçün məktəbin və s. tikintisi və təmirində Heydər Əliyev Fondunun böyük rol oynadığını qeyd etdi. Onun sözlərinə görə, keçən il rayon ərazisində, eləcə də Molla Cümə küçəsində 7 hektar sahəni əhatə edən geniş yaşıllıq zonası yaradılıb. Bu ay ərzində həmin zonanı daha 2 hektar genişləndirmək və yeni yaşıllıq zolağı salmaq nəzərdə tutulur. Eyni zamanda, Prezident İlham Əliyevin göstərişi əsasında indiyədək tikilmiş sənədsiz evlərin qeydiyyat məsələsi də həll olunacaq.
Başçı bütün yerli icra orqanlarının rəhbərlərindən tələb etdi ki, bu məsələyə vicdanla yanaşsınlar, heç bir başqa maraqların güdülməsinə yol verilməsin.

{nl}

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında