Sumqayıtda Kimya Olimpiadası

Məlum olduğu kimi, BMT bu ili Beynəlxalq kimya ili elan etmişdir. Bununla əlaqədar olaraq ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyi təhsil şöbəsi ilə birgə maraqlı layihələr gerçəkləşdirir. Belə tədbirlərdən biri Sumqayıt məktəbləri arasında təşkil edilən kimya olimpiadası olmuşdur.
Olimpiadanın görkəmli kimyaçı-alim Yusif Məmmədəliyevin adını daşıyan 31 nömrəli məktəbdə keçirilməsinin də rəmzi mənası vardı. Axı, ölkəmizin elm ictimaiyyəti mərhum akademikin 105 illiyini qeyd etməyə hazırlaşır.
Qonaqlar və münsiflər heyətinin üzvləri əvvəlcə məktəbin foyesində nümayiş etdirilən kimyəvi məhsullardan və ekologiya mövzusunda rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular. Sonra akt zalında olimpiadanın açılış mərasimi keçirildi. Azərbaycanın Dövlət himni səsləndirildi. Məktəbin direktoru Xanım Əhmədova tədbiri açaraq iştirakçıları salamladı və qonaqları təqdim etdi.
"Azərikimya" İB müşahidə şurasının sədri, millət vəkili Muxtar Babayev Beynəlxalq kimya ili çərçivəsində həyata keçirilən tədbirlərdən, sahənin müəssisələrində aparılan yenidənqurma işlərindən bəhs etdi, gənc kimyasevərlərə xoş arzularını çatdırdı. Çıxış zamanı "Azərikimya"nın uğurlarını əks etdirən videoçarx təqdim olundu.
Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov, Sumqayıt Dövlət Universitetinin prorektoru Əkbər Ağayev kimyanın həyatımızda rolunu dəyərləndirdilər və olimpiada iştirakçılarına uğurlar arzuladılar.
Məktəbin bədii özfəaliyyətçilərinin təbrik çıxışları da maraqla qarşılandı.
Açılış mərasimindən sonra ayrı-ayrı məktəblərin təmsilçiləri- 155 nəfər iştirakçı siniflərə yerləşdirildi və kimya üzrə biliklərin sınağına start verildi.
Bir neçə saatlıq yarışmadan sonra cavablar toplandı və 50 ballıq sistemlə qiymətləndirmə aparıldı. Sualları maksimum səviyyədə cavablandırmış 34 nömrəli məktəbin 10-cu sinif şagirdi, ötənilki respublika olimpiadasının qalibi Milanə Ağayeva ən yüksək nəticə ilə fərqləndi. O, Moskvada keçiriləcək Mendeleyev olimpiadasında iştirak edəcək.
Texniki və təbiət elmləri liseyinin şagirdi Cavid İslamlı ikinci nəticə göstərdi. Olimpiadada qüvvəsini sınayan 9-cu sinif şagirdləri arasında Nurlan Səfərov (Təbiət elmləri təmayüllü gimnaziya) və Elçin Həsənli (Texniki və təbiət elmləri liseyi), 11-cilər arasında isə "İstedad" liseyinin şagirdləri Gülxanım Cabbarova və Pərvin Şamilova daha yüksək hazırlıq nümayiş etdirdilər.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında