AŞPA komitəsinin yığıncağında Azərbaycanla bağlı məsələ müzakirə olunmamışdır

Martın 11-də Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) daimi komitəsinin yığıncağı keçirilmişdir. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov demişdir ki, yaz sessiyasından əvvəl keçirilən daimi komitənin yığıncağında AŞPA-nın aprel ayında keçiriləcək sessiyasının gündəliyi təsdiq olunmuş və bir sıra məsələlər müzakirə edilmişdir.
Müzakirə olunan əsas məsələlərdən biri Avropa Şurasında islahatlarla bağlı idi. Fransa nümayəndə heyətinin rəhbəri Jan-Klod Minon bu məsələyə dair hazırladığı məruzəni təqdim etmişdir.
AŞPA sədri Mövlud Çavuşoğlu aprel sessiyasında fövqəladə müzakirələrin keçiriləcəyini bildirmişdir. Bu müzakirələr əsasən bir çox ərəb ölkəsində son vaxtlar baş vermiş hadisələrlə bağlıdır.
Azərbaycanla bağlı hər hansı məsələ gündəliyə salınmamışdır. Azərbaycanla bağlı məruzənin hazırlanması, məruzəçilərin bununla əlaqədar öz hesabatlarını AŞPA-ya təqdim etmələri uzun prosesdir. Qurumun monitorinq komitəsində bu məsələlər araşdırılır. Belə məsələ gələn il AŞPA-nın sessiyalarının birində müzakirəyə çıxarıla bilər.
AŞPA-nın aprel sessiyasında bizi maraqlandıran məsələlərdən biri və ən əsası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsidir. Bu məsələ ilə bağlı məktubumuzu komitənin sədrinə göndərmişik. Həmin məktubda komitənin işində fəal iştirak etməyimiz bəyan olunmuşdur. Əks tərəfin müxtəlif bəhanələrlə komitənin fəaliyyətinə mane olmağa çalışmasına baxmayaraq, biz öz işimizi davam etdiririk.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında