Naxçıvanda yaz iməcilikləri davam edir

İnsan həyatı üçün vacib olan amillərdən biri də sağlam ekoloji mühitin yaradılmasıdır. Muxtar respublikada keçirilən iməciliklər, təbiətin qorunması və yaşıllıqların genişləndirilməsi sahəsində görülən işlər də bu məqsədə xidmət edir. Bu ilin yaz əkini mövsümündə muxtar respublikada 170 hektardan artıq sahədə meyvə bağı və yaşıllıq zolaqları salınıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, aprelin 28-də muxtar respublikada növbəti iməciliklər keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə gedən yolun kənarındakı 3 hektarlıq meyvə bağında keçirilən iməcilikdə iştirak edib, bərpa əkini aparıblar. Meyvə bağında 200-ə yaxın meyvə və həmişəyaşıl ting əkilərək suvarılıb, aqrotexniki qulluq göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iməcilikdə iştirak edib, yeni tinglər əkib. Ali Məclisin sədri muxtar respublikada bərpa əkinlərinin davam etdirilməsi, əkin üçün yararlı olmayan torpaq sahələrində meyvə və üzüm bağlarının salınması barədə tapşırıqlar verib.

AZƏRTAC

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında