ABŞ və Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində ATƏT-in Minsk qrupu ilə qarşılıqlı əlaqələri gücləndirmək niyyətindədirlər

AzərTAc ABŞ Dövlət Departamentinin saytına istinadla xəbər verir ki, ABŞ və Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində ATƏT-in Minsk qrupu ilə qarşılıqlı əlaqələri gücləndirmək niyyətindədirlər.
ABŞ Dövlət katibinin köməkçisi Filipp Qordon bu barədə Konqresin Nümayəndələr Palatasının Avropa və Avrasiya məsələləri üzrə yardımçı komitəsində çıxışında məlumat vermişdir.
Dövlət katibinin köməkçisi qeyd etmişdir ki, ABŞ-ın və Aİ-nin Qafqazda birgə səyləri nəticəsində müəyyən tərəqqi əldə edilmişdir, lakin ərazi mübahisələri, habelə siyasi və iqtisadi islahatların davam etdirilməsi zərurəti regionda sabitliyə nail olmaq üçün ciddi maneə kimi qalmaqdadır.
F.Qordon vurğulamışdır ki, Avropada yeni münaqişələr baş verməməsi və region ölkələrinin demokratik gələcəyə doğru irəliləməsinə kömək etmək üçün ABŞ və Avropa əlbir iş aparmalıdır.
O, həmçinin qeyd etmişdir ki, ABŞ Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus, Moldova və Ermənistanın qoşulduğu Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramını dəstəkləyir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında