Qanunsuz aksiya keçirmək cəhdinin qarşısı alınmışdır

Bakı Şəhər Baş Polis İdarəsindən daxil olmuş məlumatda bildirilir ki, Müsavat partiyasının rəhbərliyi 2011-ci il martın 12-də metronun "Neftçilər" stansiyası yaxınlığındakı "Praqa" şadlıq sarayının qarşısından başlayaraq Qara Qarayev prospekti ilə "Təbriz" kinoteatrınadək yürüş-mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir.
"Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin I hissəsinin tələbləri, o cümlədən ictimai təhlükəsizlik mənafeyi və digər şəxslərin hüquq və azadlıqlarının qorunması baxımından, aksiya marşrutunun və yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq Səbail rayonunun Bibiheybət qəsəbəsində yerləşən stadionun ərazisi təklif olunmuş və bu barədə müraciətin müəlliflərinə rəsmi məlumat verilmişdir.
Lakin tədbirin dinc və qanuni qaydada, yazılı xəbərdarlıqda göstərilmiş və toplantıya qoyulmuş şərtlərə uyğun keçirilməsini təmin etmək üçün bütün mövcud imkanlardan istifadə etmək barədə həmin Qanunun 12-ci maddəsinin III hissəsinin tələbinə riayət etməyən təşkilatçılar hakimiyyət orqanları ilə qarşıdurmaya getməkdə maraqlı olduqlarını növbəti dəfə nümayiş etdirmişlər.
Onlar həmin gün saat 14.00-dan başlayaraq ümumi sayı təxminən 150 nəfərədək olan kiçik qruplarla şəhərin mərkəzi hissəsində, əsasən, Nizami küçəsi və "Fəvvarələr" meydanı istiqamətində yürüş keçirməyə cəhd göstərmişlər.
Xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanları əməkdaşlarının gördüyü tədbirlər nəticəsində qanunsuz aksiya keçirmək cəhdinin qarşısı alınmış, asayişin kütləvi şəkildə pozulmasına imkan verilməmişdir.
Görülmüş tədbirlərlə qanunazidd hərəkətlərin qarşısı alınaraq 50 nəfər saxlanılmışdır. Onlardan asayişin mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan 20 nəfərin əməlləri ərazi polis bölmələrində müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. İzahatları alınmış 30 nəfər isə hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılmışdır.
Fakt üzrə araşdırmalar aparılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında