Daxili işlər orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə test imtahanı keçirilmişdir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 12-də daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirmişdir.
TQDK-dan bildirmişlər ki, sənədlərin qəbulu DİN tərəfindən 2010-cu il noyabrın 15-dən dekabrın 15-dək aparılmışdır.
Müsabiqədə iştirak etmək üçün 108 nəfərin namizədliyi qeydə alınmışdır. Onlardan 56-sı hüquq, 52-si isə pedaqogika istiqaməti üzrə sənəd vermişdir.
İmtahan Azərbaycan Texniki Universitetinin V tədris binasında keçirilmişdir.
İşə qəbul iki istiqamət - hüquq və pedaqogika istiqamətləri üzrə aparılır.
İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim edilmişdir. Hüquq istiqaməti üzrə 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olmuşdur.
Pedaqogika istiqaməti üzrə imtahanda 30 sual qanunvericilik, 30 sual pedaqogika, 20 sual yaş psixologiyası, 20 sual isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olmuşdur.
Sualları cavablandırmaq üçün namizədlərə üç saat vaxt verilmişdir. Hər düzgün cavab 1 balla qiymətləndirilir.
Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılacaqlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında