Yazıçı Skot Teylor: Dünyada qondarma "erməni soyqırımı" barədə qərarların qəbul edilməsinin səbəbi məlumatsızlıqdır

Konfransda "Türkiyə, Ermənistan və Azərbaycan: uzlaşmayan müxtəliflik" kitabının müəllifi, bu mövzuda araşdırmaları ilə tanınan kanadalı yazıçı-jurnalist Skot Teylor erməni iddiaları haqqında danışmışdır. O, bəzi ölkələrin parlamentlərində erməni iddiaları ilə bağlı qərarların məlumatsızlıqdan irəli gəldiyini qeyd etmişdir. "Qərb ölkələrində yaşayanlar 1915-ci ildə Anadoluda nə baş verdiyini bilmirlər. Çünki məktəblərdə bu mövzu öyrədilmir. Qondarma "erməni soyqırımı" barədə qərarlar qəbul edilməsinin səbəbi məlumatsızlıqdır".
S.Teylorun sözlərinə görə, erməni lobbisinin mediaya arxalanaraq göstərdiyi fəaliyyət sayəsində Qərb ictimaiyyətində 1915-ci il hadisələri barədə səhv təsəvvür yaranmışdır. Kanadalı jurnalist demişdir: "Bu lobbi fəaliyyətlərinə qarşı ən yaxşı mübarizə yolu həmin iddiaları puça çıxaran kitablar nəşr etmək, ictimaiyyəti doğru şəkildə məlumatlandırmaqdır".
Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsinə toxunan natiq demişdir ki, Xocalı soyqırımı ilə bağlı filmlər çəkilməli, bu mövzuda Avropadakı rəsmi şəxslərə məktublar göndərilməlidir. O, münaqişənin həllinin beynəlxalq ictimaiyyətin Ermənistana təzyiqləri və sanksiyaları nəticəsində mümkünlüyünü diqqətə çatdırmışdır. Yazıçının fikrincə, Dağlıq Qarabağ münaqişəsinin uzanması, əslində, Ermənistanın zərərinədir. Erməni diasporu Ermənistanın münaqişənin həlli istiqamətində konstruktiv mövqe tutmasına mane olur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında