Senator Mark Uorner Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar ABŞ-ın azərbaycanlılar diasporuna məktub göndərmişdir

Demokrat senator, Virciniya ştatının sabiq qubernatoru Mark Uorner Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırım haqqında Amerika Azərbaycanlılar Şəbəkəsinin (USAN) məktubuna cavab vermişdir.
Cavab məktubunda senator ona müraciət edilməsinə görə təşəkkürünü bildirmişdir. Məktubda deyilir: "Xocalı faciəsinin ildönümü ilə əlaqədar mənə müraciət etdiyinizə görə Sizə təşəkkür edirəm. Bu qırğının qurbanlarının xatirəsi Vaşinqtonda ehtiramla yad edilmişdir".
M.Uorner Azərbaycan diasporunu əmin etmişdir ki, o, Virciniya ştatının sakinlərini, o cümlədən Azərbaycan diasporunun nümayəndələrini narahat edən problemlərin həll olunması üçün səy göstərəcəkdir.
Senator bildirmişdir ki, o özü və onun qərargahının üzvləri Azərbaycan diasporunun fikrini diqqətlə öyrənəcək və müvafiq qanunvericilik aktı qəbul edilməsinə çalışacaqlar.
Xatırladaq ki, ABŞ Konqresinin bəzi üzvləri bundan əvvəl Azərbaycan xalqının və Azərbaycan diasporunun kədərinə şərik olaraq Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında