Azərbaycan ilə Rusiyanın "beyin mərkəzləri" arasında əməkdaşlıq Memorandumu imzalanacaqdır

Martın 14-də Moskvada Rusiya Strateji Araşdırmalar İnstitutu (RİSİ) ilə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) arasında əməkdaşlığa dair Memorandum imzalanacaqdır.
SAM-dan bildirmişlər ki, imzalanacaq sənədin əsas məqsədi Rusiya-Azərbaycan münasibətlərinə, beynəlxalq siyasətə, regionda geosiyasi vəziyyətə dair iki ölkənin aparıcı "beyin mərkəzləri"nin ekspertlərinin azad fikir mübadiləsi aparması üçün şərait yaratmaqdır.
Bu məqsədlə SAM-ın direktor müavini Gülşən Paşayevanın başçılıq etdiyi nümayəndə heyəti martın 13-də Moskvaya səfər edəcəkdir.
Bundan əlavə, martın 14-də RİSİ-də "Qafqazda təhlükəsizliyin təminatında Rusiya və Azərbaycanın rolu" mövzusunda "dəyirmi masa" keçiriləcəkdir.
Rusiyanın tanınmış siyasi ekspertlərin, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin də iştirak edəcəyi tədbirdə ölkələrimiz arasında mövcud siyasi, iqtisadi və mədəni əlaqələr müzakirə olunacaq, əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaqdır.
Martın 15-də isə SAM nümayəndə heyəti Moskva Beynəlxalq Münasibətlər İnstitutunda təşkil olunacaq "Cənubi Qafqaz kontekstində Rusiya - Azərbaycan münasibətləri" mövzusunda tədbirdə iştirak edəcəkdir.
Səfər çərçivəsində SAM nümayəndə heyəti tanınmış rusiyalı ekspertlərlə görüşəcəkdir. Görüşlərdə bir sıra regional əhəmiyyətli strateji layihələr müzakirə olunacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında