Mingəçevirdə etno-siyasi və dini durumla bağlı zona müşavirəsi keçirilib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin təşkilatçılığı ilə Mingəçevirdə müasir dövrdə ölkəmizdə etno-siyasi və dini durumla bağlı zona müşavirəsi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 27-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirin iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Zona müşavirəsində Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Şamaxı, Ağsu, Göyçay, Ağdaş, Ucar, Kürdəmir, Zərdab və Qobustan rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, dini qurumlarla iş üzrə komissiya sədrləri çıxış ediblər.

Etibar Nəcəfov dinə dövlət qayğısından danışaraq ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda bu sahəyə münasibətin tamamilə dəyişdiyini, milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını xatırladıb, bu xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.  Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq mühitinin dünyaya nümunə olduğunu bildirən E.Nəcəfov ölkəmizdə istər dini, istərsə də milli və irqi ayrı-seçkiliyin olmadığını, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma olduğunu qeyd edib. Prezident Administrasiyasının şöbə müdiri bununla belə zərərli dini cərəyanlara qarşı maarifləndirmə və təbliğat tədbirlərinin vacibliyini vurğulayıb, bölgələr üzrə mövcud dini durum barədə məlumat verib.

Məruzələrdə qeyd olunub ki, ölkəmizdə milli-mənəvi dəyərlərimizin bərpası, dövlət-din münasibətlərinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu məsələlərin düzgün tənzimlənməsinə xüsusi diqqət yetirilir. Bir çox dini ibadətgahların, məscidlərin əsaslı təmir olunması, yenilərinin tikilməsi buna əyani sübutdur. Bu gün ölkəmizdə milli-mənəvi, dini dəyərlərə hörmətlə yanaşılır, tolerantlıq münasibətləri mövcuddur. Belə sağlam mühitin formalaşmasının nəticəsidir ki, ölkəmizdə qeyd olunan istiqamətlərdə müxtəlif beynəlxalq tədbirlər təşkil edilir. Tanınmış şəxslər, ictimai-siyasi xadimlər Azərbaycanda yaranan tolerant mühiti, multikultural dəyərləri yüksək qiymətləndirirlər.

Bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin bölgələrində etno-siyasi və dini durumla bağlı vəziyyət normaldır, bu sahələrdə heç bir problem mövcud deyil. Natiqlər maarifləndirmə işinin ardıcıl və məqsədyönlü şəkildə aparıldığını diqqətə çatdırıblar.

Sonra məruzələr ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, müşavirədə hüquq mühafizə orqanlarının nümayəndələri, regional təhsil və mədəniyyət idarələrinin müdirləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin regional bölmələrinin rəhbərləri də iştirak edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında