Qobustanda bəstəkar Hacı Xanməmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbində Azərbaycanın görkəmli bəstəkarı, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi Hacı Dadaş oğlu Xanməmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsi müdirinin müavini Aftandil Şikarov və həmin şöbənin məsləhətçisi Səfər İbrahim, rayon ziyalıları, müəllimlər və şagirdlər iştirak ediblər.

    A.Şikarov çıxış edərək Möhtərəm Prezdentimiz İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə, musiqisinə qayğısından ətraflı danışıb.Məktəbin nəzəriyyə müəllimi Şahanə Məmmədova  görkəmli bəstəkar Hacı Xanməmmədovun həyat və yaradıcılığı haqqında geniş məlumat verdikdən sonra, görkəmli bəstəkarın həyat və yaradıcılığından bəhs edən video-slayda baxılıb. Tədbir Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin şagirdlərin hazırladıqları  geniş konsert proqramı ilə davam etdirilib.

 

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında