Hacıqabul rayonunda görkəmli alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

Hacıqabul şəhəri Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin və Mərkəzi rayon Xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli alim, oftalmoloq Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Zərifə Əliyeva – İnsanlara nur bəxş edən alim” adlı tədbir keçirildi.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Zeynab Yunuslu görkəmli oftalmoloq- alim Zərifə Əliyevanın keçdiyi şərəfli həyat yolundan, Azərbaycana və dünya oftalmologiya elminə verdiyi böyük töhfələrdən, oftalmologiyanın aktual mövzuları ilə bağlı çoxprofilli tədqiqatlar aparan fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində böyük əmək sərf etdiyindən danışdı.

Tədbirin davamında görkəmli oftalmoloq- alim Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirildi.

 

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında