Abşeronda Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş konfrans keçirilib

Xırdalanda YAP Abşeron rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbirdə rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, rayonun ziyalı qadınları iştirak ediblər.

Tədbirdə Yeni Azərbaycan Partiyası Abşeron Qadınlar Şurasının sədri Təyyübə Hüseynova çıxış edərək akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, akademik Zərifə Əliyevanın həyat və yaradıcılığı Azərbaycan tarixinin şərəfli səhifələrini əhatə edir. Zərifə xanım sağlığında bir görkəmli alim kimi Azərbaycanda tibb elminə verdiyi böyük töhfələr verib, bir ziyalı xanım kimi səmimiliyi, xeyirxahlığı, fəal vətəndaşlıq mövqeyi ilə hər zaman seçilib.

Toplantıda Abşeron Rayon Təhsil Şöbəsinin Nazilə Məmmədova, Bakı Mühəndislik Universitetinin Qadınlar Şurasının sədri Ətrabə Gül, Abşeron Rayon Heydər Əliyev Mərkəzinin direktoru Tükəzban Həsənova, Qadınlar Şurasının fəallarından Xatirə Şabanova, Ədalət Camalova, Rəmziyə Heydərova, Taliyyə Mirzəyeva, Cinarə Atayeva, Leyla Bayramova, Təranə İsmayılova çıxış ediblər. Zərifə xanımın qayğıkeş ana, əsl insan kimi hər bir azərbaycanlı xanıma örnək olduğunu dönə-dönə vurğulayıblar.

Konfransda Zərifə xanımın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında