Növbəti “Kütləvi çıxarış” kampaniyası keçirilib

Vətəndaş amilinin ön plana çəkildiyi “Kütləvi çıxarış” kampaniyası əhatə dairəsini genişləndirməkdədir. Budəfəki kampaniya Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 oktyabr 2015-ci il tarixli Fərmanına əsasən vaxtilə kolxoz və sovxozlar tərəfindən verilmiş torpaq sahələrinin kütləvi şəkildə sənədləşdirilməsini əhatə edib. Növbəti “Kütləvi çıxarış” kampaniyası Xəzər rayonunun Buzovna qəsəbəsində keçirilib.

Buzovna qəsəbəsində 100-ə yaxın sakinə komitənin mobil ofislərində, birbaşa onların ünvanlarında rahat və çevik şəkildə çıxarışlar paylanıb. Vətəndaşların mülkiyyət hüququnun tanınmasını təsdiq edən çıxarışlar keçmiş kolxoz və sovxozlar tərəfindən müvafiq əmrlərlə verilmiş yaşayış və bağ evlərinin tikintisinə dair həyətyanı torpaq sahələrinə aid olub. Bura həmçinin, kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarları da daxildir. Bundan əlavə, kolxoz və sovxozların verdiyi belə sənədləri olan 100-ə yaxın vətəndaşdan da ilkin sənədlər yerindəcə qəbul edilib.

Bu tədbirlərin əsas məqsədi vətəndaşların mülkiyyət hüquqlarının daha səmərəli təmin olunması, qeydiyyat xidmətlərinin modernləşdirilməsi, xidmətlərin vətəndaşlara birbaşa yerlərdə çatdırılması, şəffaflıq və rahatlığın artırılmasıdır. “Kütləvi çıxarış” kampaniyası təkcə sənədlərin qəbulu və çıxarışların paylanmasını nəzərdə tutmur. Kampaniya zamanı müraciət edən və sənədlərində hər hansı çatışmazlıq olan 30-a yaxın sakinə birbaşa yerlərdə hüquqi xidmət göstərilib.

Kampaniyanın müntəzəm keçirilməsi hüquqi qeydiyyatlı əmlakların sayının artmasına, paytaxtla yanaşı, regionlarda da leqal əmlak dövriyyəsinin və daşınmaz əmlak bazarının aktivləşməsinə gətirib çıxarır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşların maksimum rahatlığını təmin etməyə yönələn tədbirlər, sosial layihələr davam etdiriləcək, ictimai xidmətlərdə vətəndaş məmnunluğu daha da artırılacaq.

                                   Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında